ATV kanalının sevilən siması aparıcı Zaur Baxşəliyev bu gün doğum gününü qeyd edir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 43 yaşına qədəm qoyan teleaparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında izləyicilərini sevdiyini etiraf edib:
"Hə, xoş gəldin 43! Allah sağlıqlı bir ömür yaşatsın hər birimizə. Amin. Mən sizi çox sevirəm, öylə çox sevirəm ki..."
Qeyd edək ki, teleaparıcının doğum günü fevralın 26-sıdır. Lakin həmin tarixdə Xocalı soyqırımı günü olduğu üçün aparıcı öz doğum gününü illərdir ki, qeyd etmirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun