"Nənəm evindən bir kəfənini götürüb gəlmişdi"

"Nənəm evindən bir kəfənini götürüb gəlmişdi"

"Borcumuzdur belə gündə xalqın qarşısında olmaq. Biz də sənətimizlə bu həyatı yaşayanların ruhunu içimizdə yaşatmalıyıq. Bu cür səhnəyə çıxanda onu göstərə bilirik. Onu yaşamasam da o faciəni qanımda, canımda, yaddaşımda saxlayıb, xalqa səhnədə obrazımla elə çatdırmalıyam ki, tamaşaçı məni orada aktrisa kimi təsəvvür etməsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva "İncə səhər" proqramında deyib. Aktrisa rol aldığı filmlərdən, Qarabağla bağlı filmlərdə canlandırdığı səhnələrdən danışıb: 

"Sarə gəlin" filmində oynamışam, orada erməni, azərbaycanlı və Sarı gəlinin özü obrazını canlandırmışam. Bir çox xarici ölkədə nümayiş olundu".

Aktrisa Birinci Qarabağ müharibəsində ailəsinin yaşadığı çətinliklərdən söz açıb:

"Ömrümüzün sonuna kimi bu ağrını yaşayacağıq. Bizdən sonrakı nəsl də onları oxuyub biləcək. Mən də Qarabağ zonasındanam. Mənim də əzizlərim qaçqın düşüb, necə vəziyyətdə oradan çıxıblar, evimiz, qəbirlərimiz necə dağıdılıb bilirəm. Qubadlıya ayaq basanda dağılmış evimizi görmək istədik. Nənəm oradan çıxarkən sadəcə bir kəfənini götürüb çıxıb. Evindən çıxmırdı, dayım neçə dəfə getdi onu gətirməyə, dedi, gəlmirəm. Ən sonda nənəm kəfənini götürdü və gəldi. Həmin vaxt yaşadıqlarım ruhuma hopub. Onların bir çörəksiz gəlməsini gördüm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun