Orxan Aslanovun evində yanğın baş verdi

Orxan Aslanovun evində yanğın baş verdi

Tanınmış fotoqraf Orxan Aslanovun evində bədbəxt hadisə yaşanıb.

OLAY yazır ki, bu barədə o, özü paylaşım edib Orxan evində yanğın çıxdığını bildirib:

“Təəssüf ki, bu gün çox pis bir gün oldu — bütün qarajı itirdik. Maşını zədələnmiş halda güclə çıxara bildik, amma təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı.

Uzun müddət ərzində topladığım hər şey məhv oldu.

Əsas odur ki, heç kim xəsarət almadı. Buna görə də yaşamaq və hər günün qədrini bilmək lazımdır.

Hər şey düzələcək”.