Məşhur qardaşlar küsülü olduqlarını etiraf etdilər

Məşhur qardaşlar küsülü olduqlarını etiraf etdilər

Türkiyəli məşhur qardaşlar stilist Kemal Doğulu və aktyor Kadir Doğulu uzun illərdir küsülüdürlər və heç bir münasibətləri yoxdur.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu Kemal Doğulu verdiyi müsahibələrdən birində açıqlayıb.

O bildirib ki, qardaşı ilə heç bir zaman yola gedə bilməyib. Məşhurlaşdıqdan sonra aralarındakı soyuqluq daha da artıb.

"İnsan təəssüf ki, ailəsini, bacı-qardaşını seçə bilmir. Aramızda sadəcə qan bağımız var, qardaş olsaq da dost deyilik. Ümumiyyətlə, heç bir münasibətimiz yoxdur. Qardaşıq deyə bir- birimizi sevmək, həyatımızda saxlamaq kimi məcburiyyətimiz yoxdur", -  o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun