“Kızılcık Şerbeti”ndəki rolunu o canlandıracaq - FOTO

“Kızılcık Şerbeti”ndəki rolunu o canlandıracaq - FOTO

Türkiyənin "Kızılcık Şerbeti" serialında Abdullah Ünal obrazını canlandıran Settar Tanrıöğenin xəstəliyi səbəbindən filmdən ayrılacağı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda serialın yayımlandığı "Show TV" telekanalı açıqlama yayıb.

Açıqlamada Settar Tanrıöğenin müalicəsinin bir müddət xəstəxanada davam edəcəyi bildirilib.

"Show TV" bu səbəbdən Settar Tanrıöğenlə yollarını ayırdığını açıqlayıb və aktyora təşəkkür edib. Eyni açıqlamada, serialda Abdulla Ünal obrazını Ahmet Mümtaz Taylanın canlandıracağı qeyd olunub.

Qeyd edək ki, keçən ay insult keçirən 61 yaşlı Settar Tanrıöğen iki dəfə əməliyyat olunub.

Ahmet Mümtaz Taylan

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun