Azərbaycan musiqi səhnəsində parlayan xanım ifaçıların həyatı çox vaxt konsertlər, kliplər və mükafatlarla ölçülür. Halbuki onların bir qismi səhnə uğurları ilə yanaşı, böyük və məsuliyyətli bir "ana missiyası" da daşıyır. Çoxuşaqlı ana olmaq - xüsusilə də daim diqqət mərkəzində olan sənət adamı üçün - həm fiziki, həm də emosional baxımdan böyük güc tələb edir. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri oldu ki, uşaq dünyaya gətirdikdən sonra sənətindən uzaqlaşır. İfası və səsiylə məşhurluq qazanan bəzi müğənnilər isə çoxuşaqlı olmalarına rəğmən sənətdən uzaqlaşmayıblar.
Milli.Az saytı bu yazıda müğənnilərin sənətindən deyil, çoxuşaqlı olmasında bəhs edir.
Əslində "çoxuşaqlı" sözü burda nisbi mənada işlənir. Söhbət 1 və 2 uşaqlı müğənnilərlə müqayisədə daha çox - 4-5 uşaq sahibi olan sənətçilərdən gedir. Yeri gəlmişkən, hazırda Azərbaycan qanunvericiliyinə görə, 6 və daha çox uşağı olan analar çoxuşaqlı hesab olunurlar. Həmin hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.
Müğənni Xuraman Şuşalı 4 övlad anasıdır. Elçin adlı rejissorla evli olan sənətçinin 2 qızı, 2 oğlu var. İfaçı müsahibələrində dəfələrlə bildirib ki, analıq onu daha da həssas, səbirli və həyatsevər edib. Səhnədə emosional görünən müğənni evdə övladları ilə vaxt keçirməyi ən böyük xoşbəxtliyi sayır.
Müğənni Elnarə Xəlilova da 4 uşaq anasıdır. Dövlət Sərhəd Xidmətinin kapitanı olan sənətçinin həyat yoldaşı Rövşən Cahangirov da hərbi rütbə daşıyır: o, Dövlət Sərhəd Xidmətinin mayorudur.
Sənətçi hesab edir ki, ana sevgisi qadına həm daxili güc, həm də yaradıcılıq enerjisi verir
Elnarə Xəlilovanın 1 qızı, 3 oğlu var: Burlaxatun, Tuğər, Harun, Öndər.
Sənətçinin oğlanları məktəbli, qızı isə universitetdə ikinci kurs tələbəsidir.
Qalmaqallı müğənni Rəqsanə İsmayılova da "çoxuşaqlı ana"dır. Onun 4 övladı var: 3 qızı, 1 oğlu. Müğənnini ilk evliliyi Yaşar adlı şəxslə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib.
İfaçının 2-ci evliliyindən qızı Yağmur doğulub. Onun atasının adı mediada yayımlanmayıb.
Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. Onların bu evlilikdə 2 övladı var: oğlu Məhəmmədəli və qızı Mihrimah.
2025-ci ilin dekabrında Rəqsanə İsmayılova mediaya açıqlamsında Fazil Əmiraslanovla da ayrıldığını bəyan edib.
Milli.Az























