Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni eşqə yelkən açıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Etilerdə sevgilisi ilə yemək yeyərkən paparatsilərə tuş gəlib. Jurnalistlərin orada olduğunu görən ikili məkanın arxa qapısından qaçmağa çalışsalar da alınmayıb.
Məkanda bir müddət gözləyən aktrisa ilə sevgilisi fərqli maşınlara minərək oradan uzaqlaşıblar. Nəsrin eşq suallarını cavabsız qoyub.
Qeyd edək ki, Nəsrin hazırda "Şahane hayatım" serialında rol alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun