Aktrisa-aparıcı Oksana Rəsulova növbəti paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, bu barədə o, instaqramın hekayə bölməsində paylaşım edib.
“Dükana gedirsən, bəzən istəyib aldığın şey xarab çıxır. İndi kimdir günahkar, alıcı, yoxsa satıcı? Məncə, alıcı, üstündə olan yazılara daha diqqətli baxmalı idin. Nə yaxşı ki, bir çox mağazalar geri qəbul edir. Kaş, real həyatda da belə olsaydı, xarab insanlarla keçirdiyin vaxtı, zamanı geri qaytara bilsəydin. Amma təəssüf. Canım, ay həyat”, - deyə, Rəsulova vurğulayıb.