“300 sərnişinin baqajı çatmayıb” - Əlixan AZAL-dan şikayətləndi

“300 sərnişinin baqajı çatmayıb” - Əlixan AZAL-dan şikayətləndi

Aktyor Əlixan Rəcəbov AZAL-dan şikayətlənib.

OLAY yazır ki, bu barədə o, instaqramda video paylaşıb.

Əlixan deyib ki, Moskvaya uçuş zamanı 300 sərnişinin baqajı verilməyib və buna görə ərizə yazıblar.

Daha sonra AZAL-ı işarələyən sənətçi “Xidmətiniz üçün “təşəkkürlər”” şərhini yazıb.