Ötən gün türkiyəli aktrisa Beren Saatın 39 yaşı tamam olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın ad günündə onun sənət dostları da iştirak edib. Onlar arasında Berenlə "Aşk-ı Memnu" serialında birgə rol alan aktyor Selçuk Yöntem, aktrisa Hazal Kaya və ekran işinin rejissoru Hilal Saral yer alıb.
Fotonu Selcuk sosial media hesabında paylaşıb.
Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selcuk "Adnan Ziyagil", Beren "Bihter", Hazal isə "Nihal" obrazlarına həyat verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun