Mayın sonunda üç gün ardıcıl qeyri-iş günü olacaq.
OLAY yazır ki, 26–27 may tarixləri Qurban Bayramına təsadüf etdiyindən ölkədə rəsmi qaydada qeyri-iş günü elan edilib.
Bunun ardınca 28 may – Müstəqillik Günü də istirahət günü kimi qeyd olunacaq.
Beləliklə, mayın 26-dan 28-dək üç gün ard-arda tətil olacaq.
















