“Ağzından “hörrə” tökülür“ - Həmkarlarını tənqid etdi

“Ağzından “hörrə” tökülür“ - Həmkarlarını tənqid etdi

Müğənni Mehin Hümbətova Kazım Sübhanın “Özəl” layihəsində “Verilişimə gərək çağırmazdım” dediyin adam olub” sualına verdiyi cavabla diqqət çəkib.

OLAY yazır ki, sənətçi ad çəkməsə də, gənc həmkarları danışıq qabiliyyətinin olmamasına görə tənqid edib:

“Ad çəkmək istəmirəm. Bəzən elə qonaqlar gəlirlər ki, nə danışmağa meyilli olur, nə də danışmağı bacarırlar. Sadəcə hə, yox, bəli, xeyr, bilmirəm deyir. Ortaya mövzu atmırlar. Danışıq qabiliyyətləri yoxdur. Dövlət kanalında çalışanda belə bir qonağım olmuşdu: tanınan, gənc, çox sevilən ifaçıdır. Hazırda da fəaliyyət göstərən ifaçıdır. Amma ağzından “hörrə” tökülür. Heç danışmağı bacarmır. Nə cümlə quruluşu, nə cümlə düzəlişi yoxdur. Çox savadsız formada “ə, ü, ö" edə-edə, qırıla-qırıla danışır. Aparıcı nə qədər onu peşəkarcasına  vəziyyətdən çıxartmağa çalışsa da, sözlərinə kömək edirsən ki, vəziyyətdən çıxarasan. Savadsız olduğuna və danışıq qabiliyyəti olmadığına görə ən belə ifaçıları “radio ifaçıları” adlandırıram. Sözləri də mən ona kömək edirdim deməyə. Belə ifaçılar yalnız radioda mahnılarını təqdim etməlidir”.