Təbrizdə Azərbaycan rəqsinə icazə verilmədi

Təbrizdə Azərbaycan rəqsinə icazə verilmədi

Təbrizin Xavəran Mədəniyyət Kompleksində keçirilən musiqi tədbirində “Barış” musiqi qrupunun nəzdində olan Azərbaycan rəqs truppasının çıxışına icazə verilməyib.

Olay.az kult.az a istinadən yazır ki, buna rəqqasların Azərbaycan milli paltar geyinməsi səbəb olub.

Musiqi qrupunun başçısı Məsud Əmirsepehrin rəqsin icra edilməsi üçün israrları nəticə verməyib və qrup üzvləri kompleksdən çıxarılıb.