Məşhur britaniyalı müğənni Adel səhhətindəki problemlərə görə səhnədən getdiyini açıqlayıb.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqram hesabında məlumat yayıb.
Sənətçi konsertlərini müvəqqəti dayandırdığını bildirib. Səbəb kimi isə konsertinin son mərhələlərində özünü pis hiss etdiyini göstərib.
Adelin sözlərinə görə, onun sağalmağa vaxtı olmayıb.
"İndi yenə xəstəyəm və təəssüf ki, bu, səsimə təsir edir. Həkimlərin göstərişinə görə, yaxşı dincəlməkdən başqa çarəm yoxdur", - Adel fikrini yekunlaşdırıb.
Bundan əvvəl Adel Las-Veqasda verdiyi konsert zamanı "könüllü ayıqlıq" dövrünü başa vurduğunu və yenidən spirtli içki içməyə başladığını açıqlamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun