Aparıcı Lalə Azərtaş daha bir erkən nikahı "Təsir dairəsi" proqramında yayımlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı 12 yaşlı qızın 30-dan yuxarı yaşı olan bir adama qaçırıldığının iddia edildiyini bildirib.
Aparıcı həmin şəxslərin görüntüsünü təqdim edərək "Video oğlanın həyatındə çəkilib. Gülü dərib qıza verir. Elə bil bir ata gülü qızına verir. Bu, 12 yaşlı qızın həyatı daha dəhşətlidir. Adətən çəkiliş edib sonra yayımlayıram. Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram" deyə, şərh edib.
L.Azərtaş qızın bibisi ilə əlaqə saxlayıb. Bildirilib ki, qızın anası rəhmətə gedib, atası isə həbsxanadadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun