Müğənni Əminə Şirin növbəti açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “W-trio” qrupunun keçmiş üzvlərinin Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin yaradıcılıq gecəsində yenidən bir araya gələcəyinə münasibət bildirib.
“Əgər “W-trio”nun ilk üzvləridirsə, mən orada yox idim. Amma ümumilikdə Vaqif Gərayzadənin içi “Aypara” qrupu qarışıq bütün tələbələri varsa, onda mən bu addımlarını alqışlayıram ki, məni xəbərdar etməyiblər”, - deyə, o, söyləyib.
Qeyd edək ki, 10 apreldə Heydər Əliyev Sarayında “Bir müəllifin axşamı” adlı konsert baş tutacaq. Həmin gecə Vaqif Gərayzadənin bəstələri səslənəcək.