İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı başladılan narkotik istintaqından yeni xəbər var.
OLAY yazır ki, istintaq çərçivəsində barəsində saxlanma qərarı olan məşhur aktrisa Hande Erçel Türkiyəyə qayıdıb.
Saxlanılan Erçel İstanbul Ədliyyəsində ifadə verib. Məşhur aktrisa ifadəsindən sonra saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib.

















