Rıbakın fiasko Bakı konserti - Pul qarşılığında...

Rıbakın fiasko Bakı konserti - Pul qarşılığında...

Dünyaca məşhur müğənni Aleksandr Rıbakın Bakı konsertindən maraqlı məqamlar üzə çıxıb.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin konsertdən sonra fanatları ilə ödənişli formada şəkil çəkdirdiyi məlum olub. Belə ki, o, 100 dollar qarşılığında heyranları ilə kulisdə görüşüb və söhbət edib.

Bundan başqa, sözügedən görüşlər səbəbi ilə Rıbak 1 saat media nümayəndələrini gözlədib. Öncədən müsahibə olacağı elan edilsə də, bu baş tutmayıb.

Aparıcı Fira Cəlilova isə sosial media hesabında başqa iddialar yazıb:

“Aleksandr Rıbak bu gün Heydər Əliyev Sarayında konsert verdi. İki saat davam edən konsertdə onun hardasa 30 dəqiqəlik çıxışı oldu. Qalan saat yarımı 20 dəqiqəlik antrakt, bir saat 10 dəqiqəni isə Səbinə Babayeva və klassik instrumental ansambl öz arasında bölüşdürdülər. Hə, bir də onu qeyd edim ki, Rıbak ilə şəkil çəkdirmək qeyri-rəsmi məlumatlara görə 1000 AZN-dir. Qurban olaram öz Xalq artistlərimizə”.

Qeyd edək ki, konsert 2 günlükdür, ifaçı 29 fevralda da çıxış edəcək.