Transgender şəxslərin Olimpiadada qadın yarışlarında iştirak etməsi rəsmi olaraq qadağan edilib.
OLAY yazır ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) yeni siyasət tətbiq edib və buna əsasən transgender şəxslərin qadın yarışlarında iştirakı qadağan olunub. Müvafiq açıqlama təşkilatın rəsmi saytında dərc edilib.
Bəyannamədə vurğulanır:
“Olimpiya Oyunlarında və ya BOK tərəfindən təşkil olunan digər yarışlarda qadınlar kateqoriyasında iştirak etmək hüququ yalnız bioloji qadınlara məxsusdur”.
Yeni qaydalar idmanda ədalət, təhlükəsizlik və dürüstlüyün təmin olunması məqsədilə hazırlanıb və 2028-ci il Los-Anceles Olimpiadasından etibarən qüvvəyə minəcək.
Qeyd etmək lazımdır ki, transgender idmançıların qadın yarışlarında iştirakı mövzusu xüsusilə 2024-cü il Paris Olimpiya Oyunları zamanı baş verən hadisələrlə bağlıdır və daha çox boks yarışlarında iştirak edən Iman Helif və Lin Yuting ətrafında yaranıb. Hər iki idmançı o vaxt Beynəlxalq Boks Assosiasiyasının qərarı ilə diskvalifikasiya olunub, çünki onlar gender testindən keçməyiblər və laboratoriya məlumatlarına görə XY xromosomlarına sahib olublar.
















