Əməkdar artist öz baldızı ilə yatan kişinin sirrini açdı

Əməkdar artist öz baldızı ilə yatan kişinin sirrini açdı

Milli.Az lent.az-a istinadən "Ömrün bir anı" rubrikasında Əməkdar artist, klarnet Ustası Vaqif Mirzəyevin  toyda başına gələn məzəli hadisələri təqdim edir.

Hər dəfə rayona toya gedəndə gəlin gətirmə mərasimindən qorxduğunu deyən musiqiçi bildirib ki, adətən köhnə maşında otururmuş ki, sürücü sürətlə sürməsin:

"Adətən gəlin maşınları karvanlarında gənclər şuluq salırdılar deyə, köhnə maşına minirdim. Rayonlardan birində toyda idik. Gəlin gətirmək üçün musiqiçilərə köhnə bir "Volqa" ayırdılar. Sürücü də yaşlı bir kişi idi. Sevindim ki, maşın da köhnə, sürücü də köhnə. Bütün maşınlar yola düşdü. Bizim avtomobil işə düşmür, mühərrik dayanıb. Cavan bir oğlan açarı aldı əlinə ki, maşını işə salsın. Sükanın arxasından yanımda dayanmış qoca sürücüyə dedi ki, " ay dayı, maşın "sekret"ə düşüb, sekreti de, işə salım. Kişi dinmədi. Cavan oğlan  da bir-iki dəfə cəhd edib, təkrar-təkrar kişiyə eyni sözü deyir. Mən də axır səbr etməyib dedim ki, a kişi de də. Camaat orda bizi gözləyir. Kişi əlini atıb şapkasının üstündən başını qaşıdı. Astadan qulağıma dedi. A Vaqif, mən  cavanlıqdan arvaddan gizlin baldızımı saxlayıram, indi bunu açıb deməliyəm ki, maşın işə düşsün? Kimsə gəlin gətirəcək deyə, evim yıxılmalıdı?" Qəhqəhə çəkdim, başa saldım ki, "sekret" deyəndə onun şəxsi sirrini nəzərdə tutmurlar".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun