Gənc aktyor öldü - FOTO

Gənc aktyor öldü - FOTO

38 yaşında rus serialının aktyoru Yevgeni Şepeleviç vəfat edib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki,  bu barədə kino-teatr.ru portalının məlumatına görə, aktyor noyabrın 20-də 39 yaşında dünyasını dəyişib.

"Liteiny, 4", "Nevski", "Yüksək stavkalar", eləcə də "Müttəhim", "Möhtəşəm Beşlik" və "Casus No" seriallarında oynadığı rollarla məşhurlaşan Yevgeni Şepeleviçin ölüm səbəbləri müəyyən edilməyib.

Qeyd edək ki, Evgeniy Şepeleviç, 16 avqust 1985-ci ildə Nijni Novqorod vilayətinin Belavino şəhərində anadan olub. O, aktyorluq karyerasına 2008-ci ildə başlayıb. Aktyor karyerası ərzində doqquz filmdə rol alıb. 

Portalın məlumatına görə, onun iştirakı ilə sonuncu layihə 2020-ci ildə buraxılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun