Cengiz Kurtoğlu əməliyyat olundu

Cengiz Kurtoğlu əməliyyat olundu

Müğənni Cengiz Kurtoğlu xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, sənətçi aparıldığı xəstəxanada təcili əməliyyat olunub.

Məlumata görə, aparılan yoxlamalarda məşhur sənətçinin iki damarının tutulduğu müəyyən edilib. Məlum olub ki, Kurtoğlunun tıxalı damarlarından birinə stend qoyulub.

Kurtoğlunun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu və nəzarət altında saxlanıldığı bildirilib.