Başçıya bu gün ərə gedən tanınmış aparıcı kimdir? - DOSYE

Başçıya bu gün ərə gedən tanınmış aparıcı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayonunun icra başçısı Seymur Orucovun teleaparıcı Alidə Mustafayeva ilə toyu olacaq.

Milli.Az xəbər verir ki, Alidə Fərhad qızı Mustafayeva (Alidə Fərhadqızı) 30 avqust 1987-ci ildə Bakıda anadan olub.

Atası elmlər namizədi, dosent Fərhad Məhəmməd oğlu Mustafayev Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası İradə Baba qızı Kəsəmənli Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir.

2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi, 2008-ci ildə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını bitirib.

7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. 2010-cu ilin sentyabr ayının 17-də 106 FM|106 və 106.3 FM dalğalarında "Son xəbər"i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də "Son Xəbər"in aparıcısı olub.

Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, "ATV Dünya" proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb.

2016-cı il 4 iyul tarixindən ANS-də "Salam, Azərbaycan" və "Xəbərçi" proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdə ANS fəaliyyətini dayandırdığı üçün buradan ayrılıb.

Alidə Mustafayeva 2017-ci il 5 yanvar tarixdən Azərbaycan Televiziyasında işə qəbul edilib, 2017-ci il sentyabrın 8-də isə AzTV-dən işdən çıxıb.

11 sentyabr 2017-ci il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçı" İnformasiya Proqramının və 90 FM-də "Xəbər vaxtı" proqramının aparıcısı kimi fəaliyyətə başlayıb. 2019-cu ildə "Diqqət Mərkəzi", "Diqqət Mərkəzi Yekun" proqramlarının aparıcısı olub.

21 yanvar 2021-ci ildə İTV-dən ayrılıb, 1 fevral 2021-ci ildən yenidən AzTV-də fəaliyyətə başlayıb.

4 may 2022-ci il tarixində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.

5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan "Rəqəmsal Dialoq" verilişini aparır.

Xatırladaq ki, bu, Seymur Orucovun ikinci evliliyidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun