"Çox istərdim ki, bu sualı televiziya kanallarının rəhbərlərinə verəsiz. Məndən soruşursuzsa, burada bir neçə cavab var, hamınısının da arxasında arqument. AzTV-nin rəhbəri istisna olmaqla digər televiziya rəhbərləri zənglərimizə cavab vermir. Bir-iki layihə istədik, dedilər ki, kənardan sponsor tap, bu da çox çətindir. Yəqin ki, yumorun etalonu dəyişib. Bu səbəbdən də biz televiziyada yoxuq".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Ülvira Qarayevanın Astar TV-də yayımlanan layihəsində ƏMəkdar artist Tahir İmanov deyib. O bildirib ki, zənginə cavab verməyən kanal rəhbərləri sırasında keçmiş KVN-çilər Murad Dadaşov və Vado Karovin də var:
"Balaş Qasımov da zənglərimizə cavab vermir. Murad Dadaşovla Vado Karavin kanallara rəhbər gələndə yumoristik verilişlər var idi, yəqin ki, formatı dəyişmək istəmədilər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng etmək, zəli kimi yapışmaq yoxdur. Bir dəfə deyirsən, kim istəsə, çağırardı. Əlbəttə onlarla ünsiyyətimiz var. Demək olar ki, bu işlə özümüzü dolandırmırıq. Biznesdə də deyilik. İndi çox rahatam. Çünki hər verilişdən sonra ümumi təzyiqlərin içində zənglər, dəvətlər var idi. Həmişə Space TV-nin keçmiş rəhbərinin (Vaqif Mustafayev-red) kabinetinə dəvət edirdilər, mənimlə yüksək tonda danışırdılar. Deyirdim ki, mənimlə belə danışmayın, sizin işçiniz deyiləm. Hansı ki, öz əsəri dəfələrlə qadağa olunan insan bizim qadağa prosesinin əvvəlində durmuşdu".
T. İmanov Murad Dadaşovun "Maarifləndirmə vacibdir, amma ayın sonu işçiyə maaş verməliyəm" açıqlamasına da münasibət bildirib:
"Maarifləndirmə vacibdir. Nöqtə qoyulmalıdır. Vergül yoxdur. Onlar ayrı-ayrı mövzulardır. Mən Azərbaycan Respublikasının sıravi vətəndaşı kimi deyirəm ki, orada nöqtə olmalıdır. Çəkil, qırağa, işləmə. Kanal bağlansın, digərləri ilə birləşsin. Eyni formatda olan nə qədər televiziya var? Niyə "Xəzər", "Space", AzTV, Real TV hamısı xəbər göstərir? Söhbət tək "Xəzər"dən getmir. Format olmalıdır. Biri əyləncə, kanalı digəri xəbər və sairə. Mən bilirəm ki, bayağı musiqiləri təbliğ etmək böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun