Turan İbrahimov: ANS açılmalıdır!

Turan İbrahimov: ANS açılmalıdır!

Məncə də ANS açılmalıdır! Amma bu o demək deyil ki, açılacaq və fərqli bir TV olacaq. ANS bu gün yayımda olsaydı, nə RealTV dən, nə də ARB24 dən fərqli bir iş görməyəcəkdi. O da hələ ən yaxşı halda, xəbər kanalı kimi fəaliyyət göstərərdisə...

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı, Baku TV-nin departament rəhbəri Turan İbrahimov sosial şəbəkədə yazıb. Uzun müddət çalışdığı ANS kanalı ilə bağlı fikirlərini bölüşən televiziya ulduzu qeyd edib ki, sosial yüklü tv layihələrin əsasını ANS qoyub:

"Çünki ANS-in ATV, Space, Xəzər kimi formatda yayım siyasəti apardığı dövr də var idi. Bəlkə də indi tənqid olunan verlişlərə bənzər verlişlərlə doldurmuşdu efir setkasını. Unutmayaq ki, indiki sosial layihələrin əsası məhz ANS-də qoyulmuşdu...

Hər şey bir yana. Hazırda ənənəvi TV yayımçılığı onsuz da sürünməkdədir. ANS-in də youtube kanalı və o youtube kanalının tam mənası ilə məhsuldar, dinamik və yenilikçi fəaliyyət göstərməsi üçün hər cür imkanı və şəraiti var. Böyük studiyaları var, maddi- texniki bazası var, arxivləri var. Ən əsası isə, Vahid Mustafayevin həmin kanalı ayaqda saxlaması üçün digər şirkətləri də var. Amma biz nə görürük? Həmin youtube kanalı çox zəifdi, heç bir təsir imkanı yoxdu və ümumiyyətlə yox kimi bir şeydi. Demək ki, dövrün tələbi olan ANSPRESS youtube kanalını inkişaf etdirə bilməyənlər ənənəvi yayımda da olmuş olsaydılar, fərqli bir iş görə bilməyəcəkdilər.

ANS əfsanədir! Bir çoxlarının ilk dövründəki vaxtlarıyla xatırladığı, bəzilərinin də bağlandığı üçün yıxılana acıma duyğularıyla əzizlədiyi, haqqında danışdığı, reallıqdan xeyli qopardıb dağların başına qoyduğu, uydurduğu əfsanə".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun