Bakıda Rıbakla şəkil çəkdirmək üçün 1000 AZN ödəyiblər? - Açıqlama

Bakıda Rıbakla şəkil çəkdirmək üçün 1000 AZN ödəyiblər? - Açıqlama

Dünyaca məşhur müğənni Aleksandr Rıbakla şəkil çəkdirmək üçün 1000 manat ödənilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Milli.Az bildirir ki, bu barədə OLAY-a konsertin təşkilatçı şirkət "Baku Events"dən açıqlama verilib.

Bildirilib ki, görüş üçün müəyyən ödəniş edilmə məsələsi olsa da, bu 1000 AZN olmayıb:

""Meet and greet" olaraq təşkil olunub, iştirakçılar gəlib Aleksandr Rıbakla 100 dollar (170 AZN) ödəyərək şəkil çəkdirib, söhbət edib, ayrıca görüşə bilərlər. Heç kəs 1000 azn olduğunu təsdiq edə bilməz. Bu, bütün dünyada konsertlərdə gərçəkləşir. Sənətçi özü bu təcrübəni Azərbaycanda gerçəkləşməsini istədi".

Qeyd edək ki, Rıbakla şəkil çəkdirmək üçün 1000 AZN ödənilməsi ilə bağlı iddianı aparıcı Fira Cəlilova yaymışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun