Oğlu Rasim Balayevin vəfatını təsdiq etdi

Oğlu Rasim Balayevin vəfatını təsdiq etdi

Aktyorun oğlu Asim Balayev xəbəri təsdiq edib.

OLAY yazır ki, bu barədə o, “Qafqazinfo”ya danışıb.

Hazırda Türkiyədə olan A. Balayev aktyorun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.

Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.