Türkiyəli aktrisa Hande Erçelin sevgilisi Hakan Sabancının anası Arzu Sabancı onların evliliyinə qarşıdır.
Mili.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyədə yayımlanan "Söylemezsem olmaz" proqramında deyilib. Bildirilib ki, Arzu Hande ilə bağlı heç də müsbət düşüncələrdə deyil. Hətta ondan "Artıq gəlinlik axtarışına çıxmısınız" sualına əsəbiləşərək çıxan xəbəri sildirtdiyi iddia olunub.
"Bu gəlinlə cəmiyyətə daxil ola bilmərəm?. Onu ora necə salım axı?" kimi fikirlərin Arzunun aktrisa haqqında düşüncələri olduğu söylənib.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün yaz aylarında nikah masasına əyləşəcəyi haqda xəbərlər yayılmışdı. Lakin Hande çıxan xəbərləri yalanlamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun