Elza: “Məcbur etdilər ki, “Tikim sizin ağzınızı” şeirini yazım” – VİDEO

Elza: “Məcbur etdilər ki, “Tikim sizin ağzınızı” şeirini yazım” – VİDEO

"Bəzi insanlar məni sözə qədər dərk edirlər. Hələ onlar sözlərimdə qalıblar. Musiqimə də gəlib çıxarlar... Biri ayaqqabımda, biri papağımda, biri sırğalarımda, biri şeirimdə qalıb. Əsas odur ki, onlar qalırlar, getmirlər". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist və Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan qonaq olduğu "Qapqara" verilişində deyib. 

Sənətçi qalmaqallı "Tikim sizin ağzınızı" şeirinin yaranmasından söz açıb. Elza bildirib ki, onu bu cür şeir yazmağa məcbur ediblər: 

"Deməzdim ki, "Tikim sizin ağzınızı" adlı şeirimi təsadüfən yazmışam. Sadəcə məni buna məcbur etdilər, mən də dedim. Qarşımda danışan bəzi adamları "gic" adlandırıram. Özümü isə "bic" adlandırıram ki, giclər nə qədər danışacaq, biclər yazacaqlar.
Tədbirlərin birində jurnalistlər mənə yaxınlaşıb söylədilər ki, bu şeirinizə görə sizi sosial şəbəkədə tənqid edirlər. Mən də cavab verdim ki, "Tikim sizin ağzınızı qırxayaq kimi, dartım, sıxım sizin sapınızı barama kimi". Beləcə bir şeir alındı". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun