Xalq artisti Röya Ayxan ötən gün Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.
Milli.Az xəbər verir ki, gecədən özəl anlar konsertin rejissoru Sərxan Aydınoğlu tərəfindən lentə alınıb. Kadrlarda tamaşaçıların sənətçiyə olan böyük sevgisi və coşqusu aydın hiss olunur. Zalda A-dan Z-yə hər kəs Röya Ayxanın ifalarına qoşularaq bu möhtəşəm gecənin bir parçasına çevrilib, sevgi və alqışlar isə konsert boyunca səngiməyib.
Bu maraq bir daha sübut edir ki, Röya Ayxanın konsertləri ilin hansı günü keçirilirsə keçirilsin, hər zaman anşlaqla yadda qalır.
Milli.Az
















