Aktrisa Oksana Rəsulova Hacı Zeynalabdin Tağıyevin filmində - FOTO

Aktrisa Oksana Rəsulova Hacı Zeynalabdin Tağıyevin filmində - FOTO

Aktrisa Oksana Rəsulova neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" adlı bədii filmdə rol alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə aktrisa "Instagram" sosial şəbəkə hesabında məlumat yayıb. O, fotolar paylaşaraq çəkilişlərin tamamlandığını qeyd edib:

"Bakı Media Mərkəzinin istehsalı olan, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" filminin uzunmüddətli çəkilişləri bitdi. Bu filmdə mənim iştirakım da oldu. Tarixdə çox dəyərli sənəti və əxlaqı ilə yadda qalan Məryam Sulkeviçin qəhrəmanını canlandırırdım. Bütün çəkiliş qrupuna təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən film ümumilikdə səkkiz seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun