Aparıcı Vüsalə Əlizadə illər əvəvl ona gələn film təklfiindən danışıb.
OLAY yazır ki, bu barədə aparıcı “İncə səhər” proqramında açıqlama verib. Vüsalə deyib ki, “Yanlış anlama” filminə çəkilməsi üçün təklif gəlib:
“Dəvət almışdım. Oradakı sözlərin ucbatından çəkilmədim. Həm işlərimlə üst-ütsə düşmədi. Filmə baxandan sonra dedim, yaxşı ki, çəkilməmişəm”.
Qeyd edək ki, 2017-ci ildə Ulaş Cihan Şimşekin rejissorluğu ilə lentə alınan türk filmində Pərvin Abıyeva, islam Mehrəliyev, fərda Amin kimi sənətçilərimiz rol almışdı. Ekran işi Bakıda çəkilmişdi.