Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
OLAY APA-ya istinadən yazır ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Qeyd edək ki, Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.
Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.




















