"Mən bu ailəni 32 il yürütmüşəm. Bir igidin ömründən də çoxdur. Siz baxırsınız ki, mən danışan tərəfəm, Musa isə susan tərəfdir. Guya..."
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən danışarkən deyib.
O, həyat yoldaşından ayrılmaq fikirinə düşdüyünü etiraf edib:
"Evdə siz onun "buynuz"larını görəsiniz... Oy, oy, oy... Siz bilmirsiniz axı onun canında nələr var. Deyirlər ki, "Musa Təranəni idarə edir". Vallah, billah, Musanı heç kim idarə edə bilməz. İstəyirəm ki, onu boşayam, nə deyirsiniz?!"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun