59 yaşlı Monika Belluççi "Vogue Arabia" jurnalının mart sayının üz qabığını bəzəyib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktrisa jurnala müsahibəsində feminizmdən və Tim Burtonla işindən söz açıb. Monika bildirib ki, rejissor sevgilisi ilə çalışmaqdan böyük zövq alır.
"Sevdiyiniz insanla işləmək təcrübəsini bölüşmək çox maraqlı və gözəldir", - kino ulduzu qeyd edib.
Monika aşiq olmağı çox sevdiyini də etiraf edib. "Özümü əsl qadın kimi hiss edirəm", - o, hazırkı vəziyyətini təsvir edərkən vurğulayıb.
Hazırda Fransada seriala çəkilən və iranlı rejissor Mərcan Satrapi ilə film üzərində çəkilişlərini bu yaxınlarda bitirən aktrisa peşəsinə olan münasibətini və sevgisini belə ifadə edib: "Filmə çəkildiyim zaman xüsusilə ilk günlərdə dəhşətli dərəcədə əsəbi oluram. Kino tamam başqa bir təcrübədir".
Belluççi kino sənayesindəki güclü qadınlardan da danışıb: "Hər şey ona görə dəyişir ki, bu gün qadınlar yüksək səslə danışırlar. Onlar artıq danışmaqdan qorxmurlar. İzabel Yupper, Şarlotta Ramplinq, Fanni Ardant... Bunlar hələ də baş rolları oynayan qadınlardır. Bu, sübut edir ki, dünya dəyişib. Əvvəllər 40 yaşdan yuxarı qadınlara işləmək imkanı verilmirdi - baxmayaraq ki, onlar inanılmaz dərəcədə istedadlı idilər".
Belluççi müsahibəsində gözəlliyinin də sirlərini bölüşüb. Aktrisa dişi enerjisinin çox güclü olduğunu və bunun fərqinə vardığını vurğulayıb. Eyni zamanda aktrisanın sözlərinə görə, bu mövzuda kompleksli deyil:
"Pilates edir və sağlam qidalanıram. Mən heç nə ilə bağlı deyiləm. Mən həyatı tam şəkildə yaşamağı xoşlayıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun