Türkiyəli müğənni Sıla Gençoğlu evlilik suallarını cavablandırıb.
OLAY yazır ki, sənətçi “Evlilik düşünürsünüz” sualına “Mənim elə bir niyyətim yoxdur. Hər şey yolundadır. Ən önəmlisi, nə qədər xoşbəxt olduğumuzdur. Evlilikdən içim şişdi”, - deyə, o, bildirib.
Qeyd edək ki, ifaçı hazırda aktyor İlker Kaleli ilə eşq yaşayır. O, daha öncə məşhur aşpaz Hazer Amani ilə 1 il ailəli olub.