Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova onun haqqında danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, qadın Rəhman Rəhmanovun onlara baxmadığını, xəyanət etdiyini söyləyib.
"Xəstəydim, evdə 4 uşaq ac, Rəhman isə evə gəlmirdi, bir gün onu qovdum. Mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. O gedən getdi, bir də evə qayıtmadı. Amma mən onunla da, o xanımla da münasibətləri yaxşı saxlamağa çalışırdım, çünki ortada uşaqlar var idi. Rəhmanın üstündə o qadının hökmü var idi", - deyən Ulduz xanım böyük oğlunun uşaqkən ölməsindən də danışıb.
"Oğlum Rəhmangilə getdi. Orada yıxıldı, çınqıl şah damarını kəsmişdi, uşaq öldü. 2 oğlumu da sonralar itirdim, indi bir qızımız qalıb, o da atası ilə 5 ildir küsülüdür", - o bildirib.
Qeyd edək ki, Ulduz Əhmədova müğənni oğlu Emil ölərkən ona bu barədə xəbər verilməməsini, Emillə onun arasını Rəhman Rəhmanovun vurduğunu demişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun