"Mənə cavan ərə gedən xanım obrazını verib"

"Mənə cavan ərə gedən xanım obrazını verib"

Əməkdar artist Nahidə Orucova aldığı sevgi məktublarından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 62 yaşlı aktrisaya "El canlı" proqramında "Cavanlıqda yəqin sevgi məktubları yağış kimi yağırmış. İndi arada damcı kimi olur" sözlərinə belə cavab verib:

"İndi də sevgi məktubu alıram. Amma indi mesaj formasında gəlir. Yazırlar gözəl xanım, şahzadə. Deyirəm mənim şahzadə olmağıma çox var".

Oynadığı rollardan danışan N.Orucova "Yaşlı obrazlar mənə vermirlər. Amma son vaxtlar mənə ana obrazları veriblər. İndi İlham Namiq Kamal tamaşa hazırlayır. Düşünürəm ki, orada İlhamın həyat yoldaşını oynayacağam. Amma mənə cavan ərə gedən xanım obrazını verib" sözlərini əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun