Ata-oğul rolunu oynayacaqlar

Ata-oğul rolunu oynayacaqlar

Alp Navruz Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi müstəqil “Umut Işığım” filmi ilə razılığa gəlib.

OLAY yazır ki, “HK Yapım” imzalı filmin rejissoru Hakan Kerim Karademirdir. Alp Navruz layihədə usta aktyor Tamer Levent ilə baş rolu paylaşacaq.

Ata-oğul münasibətini mərkəzə alan film yay aylarında işıq üzü görəcək.

Film mayakda illərdir xidmət edən inadkar və tənha keşikçi Kerim ilə şəhər həyatına qapılıb ailəsindən uzaqlaşmış oğlu Eyüpun illər sonra yenidən bir araya gəlməsi ilə baş verən emosional bir hesablaşmanı izah edir. Alp Navruz layihədə aktyorluğu ilə yanaşı, icraçı prodüser kimi də iştirak edir.