Bahar Candana 2 il 6 ay həbs cəzası verildi

Bahar Candana 2 il 6 ay həbs cəzası verildi

Türkiyədə sosial media fenomenləri Bahar Candan və mərhum Nihal Candan (Gülnihal Çiçək) daxil olmaqla 21 nəfərin mühakimə olunduğu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Bahar Candan "cinayətkar təşkilata üzv olmaq" maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nihal Candan barəsində açılmış cinayət işinə isə onun vəfat etməsi səbəbindən xitam verilib.

İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər vətəndaşlara ucuz avtomobil satışı vədi verərək onları aldadıblar.

Hökmə əsasən, təşkilatın lideri Onur Apaydın 231 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Digər əsas fiqurlardan İlker Oflu isə "cinayətkar təşkilata üzv olmaq" maddəsi ilə 2 il 6 ay həbs cəzası alsa da, dələduzluq epizodları üzrə kifayət qədər sübut tapılmadığı üçün həmin ittihamlar üzrə bəraət alıb və azadlığa buraxılıb.

Məhkəmə qərarı ilə digər təqsirləndirilən şəxslərə də müxtəlif müddətli cəzalar verilib, bəziləri isə bəraət qazanıb. (Axşam.az)

Milli.Az