“1996-cı ildən təkəm”

“1996-cı ildən təkəm”

Xalq artisti Gülyaz Məmmədova şəxsi həyatı ilə bağlı danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Zaurla günaydın” proqramında açıqlama verib. 

“1996-cı ildən təkəm. Bilmirəm, neçə il edir. Zaur, o günləri yada salma. İşimlə məşğulam. Dərslərim, konsertlərim, qastrollarıma getmişəm. Anamgil həmişə yanımda olub, necə ki, indi Gülyanağın yanındadırlar. O da dörd uşaq böyüdür. Ailədə bir yumruq kimi olmalısan. Hamımız bir-birimizə dəstəyik. Sevinirəm ki, Zakir kişinin qızıyam. Nə yaxşı ki, bu ailədəyəm. O da alın yazımızdır. Adamı utandırırsan”, - deyə, sənətçi bildirib.