“Bu şəhərdə”də Bəyazı parodiya etdilər - VİDEO

“Bu şəhərdə”də Bəyazı parodiya etdilər - VİDEO

Əməkdar artist Coşqun Rəhimov bu dəfə fərqli performansı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, Türkiyənin məşhur şoumeni Beyazit Öztürkü parodiya edib. "Bu şəhərdə" komandasının konsert proqramı çərçivəsində təqdim olunan səhnə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Səhnədə Coşqun Rəhimovun mimikaları və danışıq tərzi ilə Beyazit Öztürkü ustalıqla canlandırması zalda gülüş doğurub. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

İzləyicilər aktyorun parodiya bacarığını yüksək qiymətləndirib və bu çıxışı proqramın ən yadda qalan səhnələrindən biri kimi dəyərləndiriblər.

Musa
Milli.Az