"Taksi İtaliyada 12 avro, Fransada 20 avro, metro İtaliyada 2 avro, Fransada 11 avro, avtobus İtaliyada 1,70 avro, Fransada 3-4 avroya, Azərbaycanda isə taksi 2 manat 50 qəpik, avtobus, metro 40 qəpikdir. Heyif deyil Azərbaycan, Bakı?"
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri aparıcı Firuzə Cəlilova sosial şəbəkədə yazıb.
Aparıcı qeyd edib ki, Avropada əmək haqqı yüksək olsa da, nəqliyyat, qidalanma çox bahadır:
"İndi deyəcəksiniz ki, əmək haqqı yüksək olduğu üçün Avropada vəziyyət əladır. Xeyr, Avropa İttifaqının Statistika İdarəsinin məlumatına görə, Fransada əmək haqqı 1646 avro, təxminən 3200 manatdır. İtaliyada isə minimum əmək haqqının nə qədər olması müzakirə olunur".
Qeyd edək ki, aparıcının Avropa ilə Azərbaycandakı qiymətləri müqayisə etməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun