Gülyaz Məmmədova şəxsi həyatından danışdı: "1996-cı ildən..."

Gülyaz Məmmədova şəxsi həyatından danışdı: "1996-cı ildən..."

Xalq artisti Gülyaz Məmmədova şəxsi həyatından danışıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, o, "Zaurla günaydın" proqramında çıxış edib.

"1996-cı ildən təkəm. Bilmirəm, neçə il edir. Zaur, o günləri yada salma. İşimlə məşğulam. Dərslərim, konsertlərim, qastrollarıma getmişəm. Anamgil həmişə yanımda olub, necə ki, indi Gülyanağın yanındadırlar. O da dörd uşaq böyüdür. Ailədə bir yumruq kimi olmalısan. Hamımız bir-birimizə dəstəyik. Sevinirəm ki, Zakir kişinin qızıyam. Nə yaxşı ki, bu ailədəyəm. O da alın yazımızdır", - deyə sənətçi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun