Rihannanın yükü hər kəsi heyrətləndirdi: Nə gətirirmiş?

Rihannanın yükü hər kəsi heyrətləndirdi: Nə gətirirmiş?

Xəbər verdiyimiz kimi, Asiyanın ən varlı adamı Mukeş Ambaninin toy öncəsi şənliklərində çıxış etmək üçün Rihanna Hindistana gedib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, dünya şöhrətli ulduzun hava limanında özü ilə gətirdiyi yükü hər kəsi heyrətləndirib.

Çaş-baş qalan pərəstişkarları Rihannanın üç gün davam edəcək şənliklərə özü ilə nə gətirdiyi ilə maraqlanıblar.

Onun gəlişi günü çəkilmiş bir videoda hər biri brezentlə ( su keçirməyən qalın parça) ilə örtülmüş nəhəng qutular daşıyan avtomobil sanki üzən gəmilərin paradını xatırladıb. Pərəstişkarlardan biri bu görüntüləri instaqramda yerləşdirib və geniş müzakirələrə səbəb olub.

Şərhlərdən birində belə yazılıb: "O, özü ilə nə gətirmişdi? Sökülə bilən ev?

Pərəstişkarlarını təəccübləndirən Rihanna bu şərhə zarafatlı belə cavab verib.

"Səhnə mənim əl yükümə sığmadı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun