"Novxanıda yolun üstündə bir məscid var. Onun yanında da məscidin axundunun evi var. Axundun evi məsciddən gözəldir. Axundların evlərinə, villarına baxın. Başım çıxmır ki, onları necə tikirlər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami yutub səhifəsində paylaşdığı videoda deyib. Sənətçi illərdir səhnədə olmasına baxmayaraq villa tikə bilmədiyini bildirib:
"Mən müğənniyəm, restoran işlədirəm, amma kartımda 550 manat pul var. İllərdir səhnədəyəm, başımdan pul səpirlər, amma mən villa tikə bilmirəm. Axundun, mollanın necə villası ola bilər? Hasarın mənim evimin qiymətindədir. Bu necə ola bilər? Dindən əyri istifadə edirsiniz, utanırsınız? Sizə rəhmət düşməyəcək! Villa tikən mollalar o dünyada necə yaşayacaq bilmirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun