Onlar efirə qayıdır

Onlar efirə qayıdır

Erdem Kaynarca və Hazal Filiz Küçükköse efirlərə qayıdır.

OLAY yazır ki, TRT üçün nəzərdə tutulan “Ateş Denizi” serialının 1 iyunda çəkilişləri başlayır. 10 bölümlük serialın rejissorluğunu və prodüserliyini “120 – Son Mektup” kimi filmlərin rejissoru Özhan Eren həyata keçirəcək.

Baş rolları Hazal Filiz Küçükköse və Erdem Kaynarca paylaşır. “Ateş Denizi” 1930-cu illərin Türkiyəsinə işıq tutur.

Altı aydır hazırlıqları davam edən serialın aktyor heyətinə İpek Tuzcuoğlu, Kubilay Karslıoğlu, Ceren Soylu, Hakkı Ergök, Şahin Ergüney, Serhan Ernak və Nazlı Ulutaş daxildir.