İslandiyanı 2010-cu ildə "Je ne sais quoi" mahnısı ilə "Avroviziya" müsabiqəsində təmsil edən Hera Björk yenidən yarışmaya qayıdır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu il ölkəsini "Scared of heights" mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun