“Ən yaxın dostunuzla evlənin”

“Ən yaxın dostunuzla evlənin”

Türkiyənin məşhur aktrisası Aslıhan Güner növbəti fikirləri ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi insanlara ən yaxın dostları ilə evlənməyi məsləhət görüb.

“Ən yaxın dostunuzla evlənin. Həyat yoldaşınız ən yaxın dostunuz olsun ki, güvəndiyiniz, saatlarla söhbət edə bildiyiniz, bütün hisslərinizin ortağı, həyatınıza yoldaş olsun. Və təbii ki, eşq. Eşq olmadan olmaz”, - deyə, o, bildirib.

Qeyd edək ki, Aslıhan Güner 2013-cü ildən bəri özü kimi aktyor Mert Kılıçla evlidir.