Məşhur futbolçu Kriştianu Ronaldonun sevgilisi model Corcina Rodrigez Paris Moda Həftəsinə qatılıb.
OLAY yazır ki, o, özünün dizayn etdiyi, üzərində sevgilisinin adı yazılan qırmızı rəngli libasda podiuma çıxıb. Qonaqları çox təəccübləndirən geyim sosial mediada da maraqla qarşılanıb.
Qeyd edək ki, gecədə övladları Corcinanı tək qoymayıb.